Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi - FOTO

5-08-2020, 17:46           
Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi - FOTO
Sabiq deputat Nazim Bəydəmirliyə məxsus “Loğmed” klinikasına hücum olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə N.Bəydəmirli özü məlumat verib.

O bildirib ki, insanlar çox aqressivləşib: “Təxminən bir saat əvvəl bir neçə nəfər klinikamıza hücum etdi, guya cavan bir oğlanın dişi müalicə edilən zaman keyləşmə üçün vurulan iynənin pasiyentə təsiri olmayıb və dişi ağrıyıb (həkimin dediyinə görə iltibah prosesi olduğundan xəstə dişin müalicəsi təklif olunub, o da razılaşmayıb gedib)...Özünü cavan oğlanın anası, atası və dostu kimi təqdim edən, ümumilikdə 4 nəfər həkimə hücum çəkdilər...Biz sakitləşdirməyə çalışsaq da, təhqirlər davam etdi, resepşn mebelinə, kassa aparatına təpiklərə zərbə etdiklərində həm də maddi ziyan vurublar, həkimə və tibb qeydiyyatçısına xəsarət yetiriblər. Məcbur olub polisə xəbər verdik. Nizami rayonu 25-ci polis bölməsinin tədqiqatçısı hadisə yerini müayinə etdi, şəkillər çəkdi, hal şahidlərinin iştirakı ilə akt tərtib etdi. Biz də videogörüntüləri şikayət ərizəmizə əlavə edərək polis orqanına təqdim edəcəyik. Anası övladını cinayətdən çəkindirmək əvəzinə daha da "alovlandırırdı", anası olmağına artıq ciddi şübhəm var...Atası uzun saqqallı, vəhabi görkəmli idi...”














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.