Tarixi əsəri yerindən çıxararaq fransızları oğurluqda günahlandırdı - VİDEO

26-10-2020, 20:09           
Tarixi əsəri yerindən çıxararaq fransızları oğurluqda günahlandırdı - VİDEO
Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyi ilginc bir etiraza səhnə olub. Belə ki, muzeyə daxil olan afrikalı bir adam, ''Bizdən oğurlananı aparmağa gəldim" deyərək muzeydə sərgiyə qoyulan taxta heykəli yerindən söküb.

Moderator.az xəbər verir ki, müstəmləkə dövründə Afrikadan oğurlanan əsərlərin geri qaytarılması üçün Fransaya çağırış edən adam "Kolonistlər tərəfindən bizdən oğurlanan və talan edilmiş hər şeyi, bütün Afrika adına, vətəni uğrunda öldürülən və alçaldılmışlar insanların adına geri qaytarmaq üçün gəldim" deyib.

Qeyd edək ki, baş verən hadisə zamanı əlindəki heykəllə muzeydən çıxmağa çalışan afrikalı, muzeydəki ziyarətçilər tərəfindən sakitləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru