Cəbhənin Füzuli istiqamətindən son xəbərlər - Düşmən daha bir neçə mövqedən qaçdı

28-10-2020, 22:02           
Cəbhənin Füzuli istiqamətindən son xəbərlər -
Cəbhənin Füzuli istiqamətində Azərbaycan ordusunun üstünlüyü ilə müşahidə edilən gərgin döyüşlər davam edir.

Musavat.com-un əldə etdiyi məlumatına görə, sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk günündən şad xəbərlərin gəldiyi Füzuli rayonu istiqamətində düşmən qrupları darmadağın edilmək üzrədir.

Məlum olduğu kimi, artıq bu istiqamətdə cəbhə xəttimiz genişlənib. İndi Azərbaycan ordusu işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərindən düşmən mövqelərini məhv etməkdədir.

Bu gün ermənilərin Bərdədə mülki əhalini hədəfə alması, 21 nəfərin ölməsi ilə nəticələnən hərbi cinayətini cavabı döyüş meydanında layiqincə verilir.

Daha əvvəlki yazılarda da qeyd edirdik ki, Füzuli istiqamətində düşmənin ən möhkəm istehkamı Alıxanlı və Şükürbəyli kəndləri istiqamətində yerləşən və ermənilər tərəfindən işğal edilən Aşağı Seyidəhmədli kəndindədir.

Nəhayət Aşağı Seyidəhmədli kəndi bir həftə əvvəl azad edildi. Bundan sonra düşmənin kiçik qüvvələri həmin istiqamətdə yerləşən Yuxarı Seyidəhmədli, Merdinli və Qorqan kəndlərindəki yeraltı bunkerlərdə gizlənmişdilər. Bu gün isə həmin kəndlərdəki erməni qüvvələri tamamilə məhv edilib.

Bu gün başladılan növbəti əks-hücum əməliyyatlarına isə 30-a yaxın düşmən texnikası və 300 nəfərə yaxın canlı qüvvə zərərsizləşdirilib.

Dünən axşam saatlarında isə ermənilərin xüsusi təyinatlı qrupu Zəngilan istiqamətindən hücum etmək istəyib. 20 nəfər itki verən düşmən geri çəkilib.

Xatırladaq ki, rəsmi məlumatlarda cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdiyi bildirilir.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.