“Qarabağ”ı Avropa Liqasına göndərən APOEL “Ayaks”a uduzmayıb

21-08-2019, 01:06           
“Qarabağ”ı Avropa Liqasına göndərən APOEL “Ayaks”a uduzmayıb
Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

APA-nın məlumatına görə, Azərbaycanın təmsil olunmadığı raundun ilk oyunları çərçivəsində üç qarşılaşma baş tutub.

Meydan sahibləri günü qələbəsiz başa vurublar. Uduzmayan qonaqlar hətta qol da buraxmayıblar.

“Qarabağ”ı Avropa Liqasına göndərən APOEL Kiprdə “Ayaks”ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Çempionlar yolunun digər qarşılaşması Rumıniyada keçirilib. Çexiya “Slaviya”sı ÇFR-in qonağı olub. Matçın taleyini çexiyalıların ilk yarıda vurduğu bur qol həll edib.

Liqa yolunda isə LASK “Brügge”ni qonaq edib. Bu qarşılaşmada da cəmi bir qol vurulub. Belçika təmsilçisi Avstriya səfərindən qələbə ilə ayrılıb.

Qeyd edək ki, pley-offun ilk oyunlarına avqustun 21-dəki üç matçla yekun vurulacaq. Cavab oyunları isə avqustun 27-28-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

20 avqust

Liqa yolu

23:00. LASK (Avstriya) - “Brügge” (Belçika) – 0:1

Vanaken, 10 (pen.)

Çempionlar yolu

23:00. ÇFR (Kluj, Rumıniya) - “Slaviya” (Çexiya) – 0:1

Masopust, 28

23:00. APOEL (Kipr) - “Ayaks” (Hollandiya) – 0:0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.