Məşhur qadın futbolçudan Ronaldu haqqında şok sözlər

12-09-2019, 10:47           
Məşhur qadın futbolçudan Ronaldu haqqında şok sözlər
Qadınlardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan amerikalı model Katrin Mayorqaya təcavüz etməkdə ittiham olunan Kriştiano Ronaldu ilə bağlı sərt fikirlər səsləndirib.

Fanat.Az xəbər verir ki, “Sports Illustrated” dərgisinə danışan qadın futbolçu kişi həmkarının bəzi şeyləri gizlətdiyini bildirib.

Aleks Morqan portuqaliyalı ulduz barəsində “Bu gün qadınların danışıqlarını dinləmək önəmlidi. Hamı bu olayda kimin haqlı olduğunu bilmək istəyir. Məncə, Ronaldunun gizlətdiyi bir çox sübut var. Nəticədə pul bəzi şeyləri gizlədə bilir. Onu hər kəs yaxşı insan kimi tanıyır, amma Ronaldo sadəcə mediaya qarşı belədi. Həqiqi üzünü heç kim tanımır” deyib.

“Qadınları asanlıqla yaralana biləcəkləri mövqelərdə qorumaq çox önəmlidi. “Ronaldu dünyanın ən yaxşı futbolçusu deyil” demirəm. Bunun futbolla əlaqəsi yoxdu. İdman üçün etdikləri fərqli, şəxsiyyəti üçün etdikləri fərqlidi” deyə amerikalı futbolçu əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru