"Mançester Yunayted" azarkeşləri klubun vitse-prezidentinin evinə hücum ediblər - FOTO

29-01-2020, 08:12           
"Mançester Yunayted" azarkeşləri klubun vitse-prezidentinin evinə hücum ediblər - FOTO
İngiltərənin "Mançester Yunayted" futbol komandasının azarkeşləri klubun vitse-prezidenti Ed Vudvordun evinə hücumu etdilər.

“Report” xəbər verir ki, bu barədə BBC bildirib.


Məlumata görə, təxminən 20 nəfər Vudvordun Çeşir qraflığında yerləşən evinə gəliblər. Azarkeşlər cari mövsümdə komandanın problemlərinin əsas səbəbkarı hesab etdikləri vitse-prezidentin özü ilə danışmaq istəyirdilər. Lakin həmin vaxt Vudvord evdə olmayıb, buna görə azarkeşlər məşəl yandıraraq və onu həyətə atdılar.

Klub hadisəyə reaksiya verərək baş verənləri pisləyib. Bildirilib ki, Mançester polisi hadisə ilə bağlı araşdırmaya başlayıb, müqəssirlər cinayətə görə cəza alacaqlar və onların stadiona girişi ömürlük qadağan ediləcək.

Qeyd edək ki, Ed Vudvord 2013-cü ildən bu vəzifəni tutur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.