Eden Hazard və Mariano Diaz “Real”ı tərk edəcək

4-06-2023, 11:34           
Eden Hazard və Mariano Diaz “Real”ı tərk edəcək
Belçikalı yarımmüdafiəçi Eden Hazard bu yay Madrid “Real”ını tərk edəcək.

Mənbə iddia edir ki, 32 yaşlı belçikalı yarımmüdafiəçinin Madrid təmsilçisindən ayrılması dəqiqləşib.

Eden Hazardın “Real” ilə 2024-cü ilə qədər müqaviləsi vardı.

Lakin klub oyunçunun getməsini istəyib və nəticədə tərəflər arasında müqaviləyə xitam verilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Hazard 2019-cu ilin yayında 115 milyon avroya “Çelsi”dən “Real”a transfer olub.
“Real”dan ayrılan digər futbolçu isə Mariano Diazdır.

29 yaşlı hücumçunun müqaviləsi başa çatdığı üçün o, Madrid klubunu tərk edir.

Futbolçu “Real”ın forması ilə 13 turnirin qalibi olub.

Mənbə: Sportarena












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.