Durov Snup Doqqun "Telegram" haqqında çəkdiyi videodan milyonlarla dollar qazandı

11-07-2025, 12:38           
Durov Snup Doqqun "Telegram" haqqında çəkdiyi videodan milyonlarla dollar qazandı
"Telegram"ın yaradıcısı Pavel Durov reper Snup Doqqla birgə yaradılmış rəqəmsal hədiyyələr kolleksiyasının rekord müddətdə tamamilə satıldığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, rəsmi "Telegram" kanalında məlumat paylaşıb.

Qeyd olunub ki, amerikalı ifaçının üslubunda bir milyona yaxın unikal NFT obyektindən ibarət bütün partiya cəmi 30 dəqiqə ərzində satılıb. Ümumi satış həcmi 12 milyon dollara çatıb.

"Snup Doqun "Telegram"dakı rəqəmsal kolleksiyaları cəmi 30 dəqiqə ərzində satılıb və onların satışından əldə olunan dövriyyə 12 milyon dollar təşkil edib", - deyə Durov yazıb.

Durov, həmçinin blokçeyn istehsalının tam işə salınmasının və bu kolleksiya əşyaları üçün təkrar bazarın açılmasının 21 gün ərzində planlaşdırıldığına aydınlıq gətirərək, bu hadisənin böyük səs-küyə səbəb olacağına əminliyini ifadə edib.

Bu elan iyulun 9-da axşam təqdim olunan "Gifts" treki üçün Snup Doqqun klipinin buraxılışından qısa müddət sonra verilib. Kompozisiya TON blokçeynində işləyən mesencerdə rəqəmsal hədiyyələr funksiyasına həsr olunmuş reklam inteqrasiyasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru