FED rəsmisindən gömrük rüsumları ilə bağlı xəbərdarlıq

11-07-2025, 12:34           
FED rəsmisindən gömrük rüsumları ilə bağlı xəbərdarlıq
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmisi Adriana Musalem gömrük rüsumlarının iqtisadiyyata təsirinin gələn ilə qədər davam edə biləcəyini bildirib.
İqtisadiyyat.az xəbər verir ki, o, bu təsirlərin ilin dördüncü rübündə və ya 2025-ci ilin ilk yarısında da hiss oluna biləcəyini deyib.

Musalem əvvəllər də gömrük rüsumlarının iqtisadi artımı zəiflədə biləcəyini və əmək bazarına mənfi təsir göstərə biləcəyini qeyd etmişdi. O, inflyasiya gözləntilərinin diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb.

FED bu il faiz dərəcələrini sabit saxlayıb, lakin 2025-ci ildə mümkün faiz endirimləri ilə bağlı qurum daxilində fikir ayrılığı mövcuddur. İyun ayına dair iclas protokollarında da iştirakçıların bu məsələ ilə bağlı fərqli fikirlər səsləndirdiyi qeyd olunub.

Növbəti FED toplantısı 29-30 iyulda keçiriləcək. Maliyyə bazarları sentyabr ayında faiz dərəcələrinin endirilməsini gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru