Kosmik stansiyadan kağız təyyarəni atmaq nə ilə nəticələnər? - Alimlərdən maraqlı eksperiment

11-07-2025, 15:08           
Kosmik stansiyadan kağız təyyarəni atmaq nə ilə nəticələnər? - Alimlərdən maraqlı eksperiment
Yaponiyalı alimlər Maksimilian Berte və Kodzhiro Sudzuki Yerin səthindən 400 km yüksəklikdə hərəkət edən Beynəlxalq Kosmik Stansiyadan kağız təyyarə buraxılsa, onun taleyinin necə olacağını araşdırıblar. Nəticələr xeyli maraqlı olub.

Oxu.Az bu barədə "Science Alert" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, simulyasiya nəticələrinə görə 400 km-dən 120 km-ə qədər kağız təyyarə zərər görmür, çünki bu hündürlüklərdə atmosfer çox seyrəkdir. Təyyarənin aşağı ballistik koeffisienti olduğu üçün 120 km hündürlüyə o, 3.5 gün ərzində enir. Bu mərhələdən sonra atmosferin sıxlığı artdığına görə, təyyarə idarəsiz şəkildə fırlanmağa başlayacaq və nəzarətsiz uçuş trayektoriyası alacaq.

Hesablamalarını təsdiqləmək üçün alimlər kağız təyyarənin real modelini hazırlayıb onu Tokio Universitetinin Kaşiva hipersonik aerodinamik tunelində yerləşdiriblər. Təyyarə yeddi saniyə ərzində 7 Max sürətində hava kütləsinə məruz qalıb.

Eksperiment zamanı təyyarənin burnu əyilib, lakin konstruksiya özü dağılmayıb. Həmçinin təyyarənin burnu və qanadları yanmağa başlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru