Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR

11-07-2025, 12:26           
Rusiyada FACİƏ: azərbaycanlı öldü -
Rusiyada azərbaycanlı tikintidə faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Krasnoyarsk şəhərinin Semafornaya küçəsində baş verib. 56 yaşlı kişi yaşayış kompleksinin tikintisində işləyirmiş. Rusiya İstintaq Komitəsinin məlumatına görə, kran yardımçı konstruksiyaları sökərkən 12-13 mərtəbə hündürlükdən metal dayaq düşüb.

Metal birbaşa evin yaxınlığında olan podratçı işçinin üzərinə düşüb. Kişi yerindəcə dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum tikintidə ümumi fəhlə işləyirmiş və podratçı təşkilatda rəsmi işə düzəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru