Messi Argentinanın 6 aylıq borcunu ödədi

19-11-2016, 01:01           

Argentina millisinin super ulduzu Lionel Messi təkcə yığmada vurduğu qollarla deyil, digər sahələrdə də ölkə futboluna yardımçı olmağa davam edir.
teref.az-nun Apasport.az saytına istinadən məlumatına görə, DÇ-2018-in seçmə oyunları ilə əlaqədar millinin düşərgəsində olan Leo Argentina Futbol Federasiyasının (AFA) borclarını da ödəyib.
Belə ki, toplanış zamanı məlum olub ki, AFA-nın millinin təhlükəsizliyini qoruyan şirkətə borcu var imiş. Federasiya şirkətə son 6 ayın ödənişini etməyib. Bu barədə təhlükəsizlik əməkdaşları Messiyə xəbər veriblər. O isə bütün xərcləri öz cibindən ödəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.