Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar

14-01-2017, 23:37           
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
Qarışıq döyüş növləri üzrə məşhur rusiyalı idmançı Fyodor Yemelyanenkonun 16 yaşlı böyük qızına hücum olub.

Yeniyetməyə hücum oktyabrın 12-də yerli vaxtla səhər saat 7:40-da (Bakı vaxtı ilə 8:40-da) baş verib.

Naməlum şəxs qızın qarın, döş və kürək nahiyələrinə zərbələr endirib. Xəsarət almış yeniyetmə Rusiya paytaxtının uşaq klinikalarından birinə çatdırılıb.

Mənbənin bildirdiyinə görə, qızı xəstəxanaya anası aparıb.

Çeçenistan prezidenti Ramzan Kadırov Qroznıda uşaqlar arasında qaydasız döyüş yarışı təşkil etdikdən sonra Fyodor Yemelyanenko bu addımı kəskin tənqid etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.