Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub - VİDEO

8-06-2017, 09:05           
Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub - VİDEO
Bolqarıstanın "Vereya" futbol klubunun müdafiəçisi İvan Bandalovski matç zamanı azarkeşlərdən biri tərəfindən meydançaya atılmış pivəni içib.
"Report" xəbər verir ki, maraqlı hadisə Bolqarıstan çempionatının pley-off matçında, Avropa Liqasında yer uğrunda "Levski" komandasıyla qarşılaşma zamanı baş verib.
Belə ki, Bandalovski pivəni içdikdən sonra oyunun 93-cü dəqiqəsində rəqib komandanın qapısına qol vuraraq hesabı bərabərləşdirib: 1:1.
Qeyd edək ki, oyun penatlilər seriyası ilə "Levski"nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.