Goranboyda ağır qəza: Ölən və yaralanan var

1-11-2019, 21:56           
Goranboyda ağır qəza: Ölən və yaralanan var
Goranboy rayonunda yol qəzası baş verib

Hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Yevlax rayon sakini, 1965-ci il təvəllüdlü Arzu Vəli oğlu Məmmədov hadisə yerində ölüb, Goranboy rayonunun Nərimanlı kənd sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.