Şəmkirdə ağır yol qəzası: 5 nəfər ölüb

2-12-2019, 00:04           
Şəmkirdə ağır yol qəzası: 5 nəfər ölüb
Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb. //APAшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.