Apple-dan daha bir qeyri-adi patent: Beş ekranlı MacBook Pro

3-07-2020, 09:41           
Apple-dan daha bir qeyri-adi patent: Beş ekranlı MacBook Pro
Dünyanın ən böyük texnologiya şirkətlərindən olan Apple çox maraqlı, hətta təəccübləndirən patentlərinə daha birini əlavə edib.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət beş monitorlu MacBook Pro-nun patentini alıb.


Patent eskizlərindən göründüyü kimi, klaviaturun kənarlarında dörd kiçik monitor yerləşdiriləcək. Bu monitorlar bütövlükdə “Dinamik monitor interfeysi” adı veriləcək.


Qeyd edək ki, yeni MacBook Pro-lar haqqında detallar açıqlanmayıb. Dəqiq olan bir məsələ var: qiymətləri əl yandıracaq. Çünki hər monitor Apple üçün əlavə xərcdir, şirkət üçün əlavə xərc isə istifadəçi üçün daha bahalı məhsul deməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.