Belədə olur-Parlament baş naziri qovur: Korrupsiya...

8-07-2020, 10:07           
Belədə olur-Parlament baş naziri qovur: Korrupsiya...
Tunis parlamenti bu ölkənin Baş naziri İlyas əl-Fəhfəhi müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdıracaq.

Axar.az xəbər verir ki, parlamentin sədri Rəşid əl-Qannuşi Fəhfəhin “layihələrdə korrupsiyaya yol verməsi” ilə bağlı ittihamları araşdırmaq üçün komissiya yaradıb.

Komissiya sədri İyad əl-Lumi Baş nazirin işdən azad edilməsi məsələsinin komissiyada ciddi şəkildə müzakirə ediləcəyini açıqlayıb:

“Komissiyanın işinə dair ilk hesabat 2-3 gün ərzində parlamentə təqdim ediləcək. Məsələyə iki istiqamətdə baxılacaq. Onlardan biri maraqların toqquşması, digəri isə baş nazirə məxsus şirkətlərin dövlətdən aldığı layihələrdəki korrupsiya şübhəsidir. Bundan başqa, məsələ ilə bağlı şahidlərin də ifadəsi alınacaq”.

Qeyd edək ki, baş nazir ötən həftə parlamentdə ona qarşı irəli sürülən korrupsiya ittihamlarını rədd etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.