Rusiyalı 14 yaşlı qız 6 yaşlı qardaşını öldürərək cəsədi üzərində ürək çəkdi

5-12-2022, 10:06           
Rusiyalı 14 yaşlı qız 6 yaşlı qardaşını öldürərək cəsədi üzərində ürək çəkdi
Moskva vilayətinin Noqinsk şəhərində 6 yaşlı qardaşını öldürməkdə şübhəli bilinən 14 yaşlı qız saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə idarəsindən məlumat verilib.

“İstintaqın məlumatına görə, dekabrın 4-də Boqorodski şəhər rayonundakı fərdi evdə olarkən azyaşlının bacısı ona ölümcül zərbələr vurub. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib”, - idarədən bildirilib.

Yeniyetmə qız qətl üçün bıçaq və baltadan istifadə edib. O, qardaşının bədəninə ürək şəklini həkk edib. Qızdan da bu cür qanlı simvolların təsviri olan dəftərlər müsadirə olunub.

Müstəntiqlər şübhəli şəxsi dindiriblər və yaxın vaxtlarda qızın valideynləri, müəllimləri və məktəb psixoloqu dindiriləcək. Həmçinin, məhkəmə-tibbi ekspertizası təyin edilib, psixoloji və psixiatrik ekspertizanın keçirilməsi nəzərdə tutulub.

Mənbə: life.ru












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.