Bütün qədim dövlətləri, imperiyaları - Azəri pir-bəgləri yaratmışlar

2-10-2020, 09:30           
Bütün qədim dövlətləri, imperiyaları - Azəri pir-bəgləri yaratmışlar
Son dövr elmi araşdırmalardan məlum olur ki, qədim yazılar rəmzlərlə yazılmışdır və bu rəmzlər adi məntiqdə bir-biri ilə düz gəlmir. Bunun səbəbi isə, qədim müdriklərin xüsusi İlahi məntiqlə - rəmzlərlə yazdıqları yazıları, müasir insanların birbaşa, yəni hərfi mənada qəbul etməsidir. Biz isə qədim müdriklərin yazılarına, onların öz İlahi məntiqi ilə, yəni Quranda ən ali elm kimi təqdim edilən Süleyman peyğəmbərin "Quş dili" məntiqi ilə yanaşacağıq.

Araşdırmalarımızdan çıxan nəticələrə görə, bu gün Azərbaycan adlanan ölkə - Assur, Misir Allahlarının vətəni olmaqla dünyanın ən qədim ölkəsidir. «Piramida mətnləri»ndə Allahların vətəni - Günəşin çıxdığı Şərq ölkəsi kimi qeyd olunur ki, Kramer bu yeri Zaqros dağ təpələrinin arxasında - İran ərazisində yerləşdirir və Dilmun cənnəti adlandırır. Biz, "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər" adlı məqaləmizdə elmi sübut etmişik ki, Dilmun cənnətini - "zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış" Deyiləm türkləri yaratmışlar. ( Sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html). Qədim Assur, Misir mənbələrində teurqlar adlandırılan bu türklər - sufizmin Tərikə yolunu gedərək, Bəqa səviyyəsinə yüksəlmiş və İlahla vəhdətə nail olaraq, fövqəl-insana çevrilmişlər. Mənbələrdə Osiris (Asar/Assur/Aşşur/Azər) Allahları adlandırılan bu İlahi varlıqlar, rəvayətə görə dünyaya hökmranlar kimi gəlmişlər. Sonrakı mənbələrdə onların varisləri padişahlar və peyğəmbərlər nəsli adlandırıldı və mənbələrdə "üçdə bir Allah, üçdə iki insan" kimi qeyd olundu. Biz bu gün bu Osiris/Asarların varislərini - pir, bəg, seyid (qəd. şad), şıx və s. Azəri müqəddəsləri kimi tanıyırıq.
Dövrümüzün tanınmış alimi Devid Rola (Rohl) görə, Misir (Misraim/Masr) rəmzi də «Asr və ya Asardan törənmiş» deməkdir. Başqa sözlə, qədim Misir - Asar/Assur, yəni Azərilər ölkəsi olmuşdur və Misir Allahlarının bu Şərq ölkəsi də İranın Zaqros dağlarının arxasında, yəni indiki Azərbaycanda yerləşmişdir. Bu ərazidə «Şərq ölkəsi», «Şərq», «Şərq diyarı», «Şərq əhalisi» və s. adı altında Albaniya və onun əhalisi nəzərdə tutulur ki, tarixçi alim Fəridə Məmmədovaya görə bu rəmzlər dini-ideoloji termin mənasındadır ("Историческая география Азербайджана", Б.,1987, səhv.67). Dini mənada "Şərq" dedikdə Şihabəddin Yəhya Sühravərdinin "Şərq" fəlsəfəsi yada düşür ki, burada Şərq - göydəki ruhlar dünyası, cənnət anlamındadır (Məqalə: "Световой человек в Иранском суфизме", sayt: http://www.metakultura.ru/vgora/ezoter/korben.htm). Bu isə o deməkdir ki, qədim Misir Allahlarının vətəni - Dilmun cənnəti mənasında olan Albaniya ölkəsidir.
Ən qədim mənbələrdə Albaniya dedikdə, Midiya ərazisindəki Xaldeya, yəni Xelat Atabəglərinin elində yaradılmış Babil qülləsi nəzərdə tutulurdu. Alban mənbələrində bu tikili Gelam (GLM) rəmzi ilə, yəni İqlimlə (QLM) əlaqələndirilir ki, bu rəmz altında Azərbaycan, Arran və Ermənistan nəzərdə tutulurdu. Sufi-batini məntiqində bu üçlük - qədim Misir yazılarındakı Atum Allahı demək idi ki, sonradan bu İqlim eyni mənalı Muta/Mada, yəni Midiya adı ilə əvəzləndi.
Sufi-batinilərdə bu İqlim üçlüyü - yerdəki Allahın Mülkünü, Mülkün altındakı ölüm şahlığı mənasındakı mağaranı, yəni Cəbərut aləmini və Mülkün göylərindəki Mələküt ruhlar dünyasını bildirir. Əflatun "Dövlət" deyəndə məhz bu İqlimi nəzərdə tuturdu ki, buradakı Mələküt - qədim Misir, Assur Allahlarının və müqəddəslərin ikinci həyat qazandıqları cənnət mənasındadır. Bütün qədim ədəbiyyatlar rəmzlərlə yazılmışdır və məhz bu İlahi yaradılışa həsr olunmuşdur. Adi insan təfəkkürünün dərk etməkdə çətinlik çəkdiyi bu yaradılışı, qədim müdriklərə görə, yalnız əsilzadələr dərk edə bilərlər. Bu "Dövlət"in əsas adı da Albaniyadır.

Alban (El-Benu) rəmzi sufi-batin elmində - ölümsüz "Ba/Benu ruhlarının Eli" deməkdir ki, Babil rəmzi də "Ba ruhlarının Eli, Vilayəti" anlamındadır. Ba ruhları bizlərə Azər-Bay (Azər-Bay-Can), yəni Azər/Asar/Osiris Allahının Ba ruhları (Billah/Vallah) kimi də tanışdır. Alban (L-BN) rəmzi eyni zamanda batinilikdə Nəbi-Eli (NB-L) kimi də oxunur ki, buradakı nəbilər Məhəmməd peyğəmbərin pir-seyidləri ilə bağlıdır. Qədim Misir yazılarında Nəbi rəmzi "Neb-Axau" kimi yazılırdı və Nəbi-Ağa, yəni peyğəmbər mənasında Qor Allahına (Dədə Qorqud) aid edilirdi. Eyni mənalı Nebt-Xeka, yəni Nəbati-Haq rəmzi isə batinilikdə "İlahi gücə malik peyğəmbər" fikrini bildirir ki, mənbələrdə Nəbati rəmzi imam Əliyə də aid edilir. Əli rəmzi ilə eyni mənalı Alu rəmzi isə Albaniyanın digər adı kimi məlumdur. Başqa sözlə, Albaniya - qədim Misirdə Asar/Osiris/Azər Allahları adlandırılan ilk İlahi varlıqların elidir. Onların yerdəki köməkçi-varisləri isə mənbələrdə Baka adlanır ki, bu da bəg deməkdir. Digər mənbələrdə bu bəglər - farn-baqlar, yəni firon-bəglər, şad-bəglər (seyid-bəglər), atəş-bəglər, pir-seyidlər və s. kimi də tanışdır.
Yazdıqlarımızdan belə çıxır ki, bu gün müqəddəslər nəsli kimi tanıdığımız və qəbirlərindən də kömək istəyib, nəzir verdiyimiz pirlər - qədim Assur, Misir Allahlarının varisləri olan Azərbaycan pir-bəgləri, seyid-şıxları nəslidir. Onların İlahi od, yəni ilkin materiya ilə vəhdəti, bu fironlar nəslini dünyanın ən ali insanına çevirmişdir və bütün qədim ədəbiyyatlar məhz onlara həsr olunmuşdur.
Qədim müdriklərə görə, iki növ insan yaradılmışdır ki, bunlar da göy və yer insanlarıdır. Göy insanı dedikdə ilkin materiya ilə vəhdətdə olan bu Azəri müqəddəsləri, yer insanları dedikdə isə adi insanlar nəzərdə tutulurdu ki, onlar nifrətə layiq hesab olunduğu üçün yazılarda qeyd olunmurdular (Məqalə: "Истина о небесных и земных людях", sayt:
https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1).
Başqa sözlə, qədim müdriklərə görə, adi insanların qədim mənbələrə heç bir aidiyyəti yoxdur. Mənbələrdə Allahın və onun Özünə qulluq üçün seçdiyi müqəddəslər nəslinin tarixi rəmzlərlə yazılmışdır və hər bir rəmz, yazının kimə, hansı dövrə və hansı hadisəyə aid olduğunu bildirir. Yalnız İlahi sirləri, yəni Süleyman peyğəmbərin "Quş dili"ni bilənlər, bu yazıları anlaya bilirlər.
Qədim qaynaqlara görə, şahlığı göydən endirilmiş Asar (Kutilər mənasında), yəni Azəri müqəddəsləri məhz Azərbaycanda sirli Babil qülləsini tikdikdən sonra, dünyanı fəth etmək üçün səpələnmişlər. Dünyaya səpələnməzdən əvvəl isə Allah onların vahid dili olan Tərikə, yəni Türk dilini 70 dilə bölmüş və onlara, öz xalqları ilə bu müxtəlif dillərdə danışmağı tövsiyə etmişdir (Məqalə: "Правители мира и их единый «язык птиц», sayt: https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Bütün ölkələrin şahları olan bu Azəri müqəddəsləri öz aralarında isə müqəddəs Azəri türkcəsində danışmışlar (Məqalə: "Тайна святого языка Азери", sayt: https://teref.az/novosti/162968-tayna-svyatogo-yazyka-azeri.html). Bu dil həm də, Ra-Amon Allahın Öz seçilmişləri ilə əlaqə saxlaması üçün ekstatik dildir ki, onun qəbulu üçün Allah, pirlər-bəglər nəslinin qara ciyərinə xüsusi funksiya vermişdir.
Bütün bunlar o deməkdir ki, qədim dünyanın bütün şahları və peyğəmbərləri - Azəri Türk bəglərinin nəslidir və onların vətəni də Azərbaycandır. Azəriləri müqəddəs edən, vəhdətdə olduqları İlahi od da məhz Azərbaycanda qorunur.

M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan sönməz odu Baqavan (Baq-Van/Ba-Aqvan) şəhərində yerləşir. Baq rəmzinin bəg, van rəmzinin isə Alvan/Alban rəmzi ilə eyni mənada olmasını nəzərə alsaq razılaşarıq ki, bu bəglər şəhəri Albaniyada yerləşməlidir. Yəhudi yazılarında bildirilir ki, İlahi oddan yaradılmış Vəhy çadırı qurbangahla birlikdə Qavaon, yəni Aqvan - Albaniyada yerləşir. İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «əArsakın ilk dəfə şah elan olunduğu Asaak şəhərində saxlanılırdı. Sebeosa görə, əbədi Qrat odunu Atrpatakan ölkəsinin şahları həmişə «özü ilə gəzdirərdilər». Əl Kufiyə («Kitab əl Fütuh») görə, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminin 45 km. yol məsafəsindədir ki, bura Yardımlı rayonu ərazisinə düşür. Burada - Peştəsər dağ silsiləsində həqiqətən də Əlvan, yəni Alban dağı mövcuddur və bu dağın ətrafında üç qardaş kəndi var ki, bunlar İqlim rəmzində, mənbələrdə Alban şahlarının varisləri hesab olunurlar. Bunlar - Gilar, Allar (Alar) və Arvana kəndləridir. Bu ərazilərdə yaşayan Azər oğulları müxtəlif minilliklərdə dünyaya səpələnib, dövlətlər yaratmışlar. Onların əsas qolu Avropada - "Quş dili" bilən Gel oğulları (Gilard/Alard/Lord), yəni Gilar (Cəlair) kral-masonları kimi tanınırlar. Allar pirlərinin (avrop. per) bir qolu Balkanlarda və s. yerlərdə illirilər kimi, Arvanalılar isə Avropa Albaniyasında - arvanitlər və s. kimi tanınmışlar. Biz yalnız Alban dağı ərazisindəki "üç qardaş" hesab edilən kəndlərin pir-bəglərini bir-iki misalda göstərdik. Hələ Rum/Roma imperiyasının İrəm rəmzi mənasında göydəki İç Oğuz elini bildirməsini, Bizansın (Vizantiya) Bəzzeyn mənasında Babilin yeraltı Abzu/Bəzz məbədi mənasında olmasını, öz mənşələri haqda heç nə bilməyən Avropa ölkələrinin sakinləri haqda yazmırıq. Çünki bunların hamısının açmasına bir ömür lazımdır. İlahi odla, yəni müqəddəsliklə bağlı olan və bütün yazılarda müxtəlif adlar-rəmzlərlə qeyd olunan bu bəglər - bir elin, yəni müqəddəs Azəri-Alban elini övladlarıdır. Onlar bütün dünyanı - Allahın onlara verdiyi İlahi odla vəhdətdə olduqları üçün fəth edə bilmişlər. Yəhudi mənbələrində pir-seyidlərin bu İlahi qüdrəti - Allahın öz seçilmişlərinə verdiyi "Dünyanı yaradan silah" adlandırılır. Məhz bu "silahın" hesabına pir-seyidlər, söz və fikir vasitəsi ilə təbiətə, cisimlərə təsir edə bilir və canlılara həyat və ya ölüm verə bilirdilər. Bunları anlamaq üçün yalnız bir misalı çəkmək kifayətdir. Təbrizli Əbu əl-Bərəkət Yusif əl-Təbrizi, Maldiv adasının əhalisinə İslamı qəbul etdirmək üçün 1153-cü ildə adalara gəlir. Lakin nə kral nə əhali İslamı qəbul etmək istəmirlər. Bu zaman şeyx Yusif hamının gözü qarşısında cini çağırır və başı göylərə çatan cin gəlir. Bunu görən kral və adaların bütün sakinləri İslamı qəbul edirlər. Şeyx Yusif, "Siri Baranaditta" titulu daşıyan kralın titulunu da dəyişib, ona "Sultan Məhəmməd" titulu verir və bütpərəstliyi hər yerdə ləvğ edərək, məscidlər tikdirir ("Об удивительном обращении в Ислам жителей Мальдивских островов", sayt: https://islam.plus/ru/umma/mir/ob-udivitelnom-obrasenii-v-islam-zitelei-maldivskih-ostrovov). Bu misalda biz yalnız bir Azər oğlunun bir neçə saata, döyüşsüz-davasız bütün adaların sakinlərinin dinini dəyişməsini görürük. Belə müqəddəslər ordusunun qarşısına təbii ki, nəinki o zaman, indinin özündə heç kim çıxa bilməzdi. Eyni zamanda bu o deməkdir ki, İslamın ərəblər tərəfindən digər xalqlara qəbul etdirilməsi haqqında yazılanlar da cəfəngiyyatdan başqa bir şey deyil. Başqa sözlə, bütün yazılar rəmzlərdir və batini mənalara malikdir.

İrəvan xanlığını, Qafqaz və Avropa Albaniyalarını yaradan Arvana pirlərinin obrazı mətnlərdə Ervand (Arvan-Deo/Arvana-Ata) obrazında göstərilir. Mənbələrdə Ervand - mistik gücə malik İlahi insan kimi təqdim edilir ki, o bircə baxışı ilə nəhəng qranit daşı partladılmış (М. Хоренатси,
M. Xorenatsi, II/43).
Bütün bunlar o deməkdir ki, Azərbaycan - bəşəriyyətə həyat vermiş İlahi insanların vətənidir. Bu gün Azərbaycanın bütün ərazilərində müqəddəs ocaqlar, pirlər var ki, bu da bütün xalqımızın Azər oğulları olması deməkdir. Allah məhz burada insanların dillərini dəyişib, onları dünyaya səpələdiyi üçün, bu ərazidə müxtəlif dillərdə danışan etnik qruplar da vardır. Onların da ad-soyadlarında "pir", "mir", "bəg", "şıx" və s. rəmzlərin yazılması, onların Azər oğulları olması anlamındadır. Təfəkkürü olan hər bir insan bir danılmaz faktı birdəfəlik anlamalıdır ki, cəmi iki növ: kamil və adi insan, yəni göy və yer insanı yaradılmışdır. Göy insanını Allah özü yaratdığı üçün onlar ölümsüz hesab olunurlar. Adi insanları isə göy insanları yaratmışlar və onlar ölümlüdürlər. Bəşəriyyətin bütün inkişafı göy insanlarının hesabına olmuşdur və 5200 il dünyanı bu Azəri pirlərinin nəsli idarə etmişlər. Tövrata görə, axirətə yaxın Allah (Azər) oğulları adi insan qızları ilə evlənməyə başlayır və bu qarışqdan isə yeni - üçüncü növ insanlar yaranır (Библ., Быт.6:2-14). Onlar ağıllı, qoçaq olsalar da İlahi tarazlığı, Allahın qoyduğu qanunları pozmağa başladılar və bununla da öz İlahi qüdrətini itirdilər. Nəticədə haqq-ədalət də itdi və indiki haqsızlıq dövrü yarandı.
Lakin qədim yazılara görə, axirətdə Allah yerdə məhkəmə quracaq və yenidən yaradılışı təkrarlayacaq. Bundan sonra isə yerdə Azər oğulları qızıl əsr yaradacaq və bütün insanların xoşbəxt yaşamasını təmin edəcəklər.

Firudin Gilar Bəg
Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.