Bir-iki universitetin tələbələri kriminal şəxsin adı çəkilən

19-03-2023, 15:55           
Bir-iki universitetin tələbələri kriminal şəxsin adı çəkilən
Bir-iki universitetin tələbələri kriminal şəxsin adı çəkilən mahnıya rəqs edəndə neçə adam videonu paylaşdı, qınadı. Qınanmalıdır, şübhəsiz, mənfi tərəfləri var, təbii, amma problem görmürəm
Sənətdə - ədəbiyyatda, musiqidə, kinoda, modada kriminalı bəzəmək, ideallaşdırmaq bütün dünyada var, - "korrupsia bütün dünyada var" sözünə oxşamasın. Ən azı Amerikada, qərbdə məşhur quldur və qatil Cessi Ceyms, bank yaran cütlük Bonni və Klayd, məşhur qanqster Billi Kidd, ondan da məşhur mafioz Al Kapone və b. haqqında qoşulan hekayətlər, əfsanələr, mahnılar, çəkilən filmlər. Belə əfsanələrin, köhnə filmlərin təsirini yeni və ən məşhur "Xaç atası" filmi neytralladırıb, romantik halə arxasında alcaqlığını, axırı olmadığını göstərərək möqtəsini qoyub. Modeli "Al Kapone" adlanan gözəl plaş, "Billi Kid" olan jins şalvar 1970-80-cı illərdə hətta SSRİ-yə gəlib çıxmış populyar brendlər idi, jins çox populyar. Amma dəhşətli bir şey baş vermədi...
Başqa tərəfdən, "Niyə 44günlük müharibədə 3 000 şəhid verdik, məsələn, 2 500 yox?" soruşan olmadı, hər halda görmədim. Deyən, soruşan oldusa, sevinərəm. Özü də Rusiyaya işlədiyi deyilən və vəzifəsindən çıxarılan çox yüksək vəzifəli zabitin, generalın varlığını bilə-bilə. Onu "işi" neçə şəhid canı-qanı bahasına başa gəldi, bilmədik, sabki soruşmaq qələbəyə kölgə salmaqdı, ayıbdı..
Bir toplum və millət olaraq hələ çox yol getməliyik...
Cingiz Sultansoy
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru