Sakinlər Nazim İsmayılovu tapa bilmir... - İDDİA

14-10-2019, 10:55           
Sakinlər Nazim İsmayılovu tapa bilmir... - İDDİA
Bir müddət əvvəl Sabirabad rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Saatlı rayonuna başçı təyin olunan Nazim İsmayılov sanki istirahətə çəklib. Gundeminfo.az-a bilgi verən mənbə deyir ki, Sabirabad rayonunda icra başçısı olduğu dönəmlərdə ictimayyətlə əlaqələrin qurulması, vətəndaşlarala ünsiyyətə daha həssas yanaşan N.İsmayılovu aylardır ki, Saatlıda gündüz çıraqla tapmaq olmur.

Rayon sakinləri deyir ki, N.İsmayılov təyinatından sonra bir neçə dəfə rayonun idarə və müəssisə rəhbərlərini toplayaraq tapşırıqlar versə də, verdiyi tapşırıqlar icra olunmur. Bildirilir ki, rəsmi qaydada vəzifəsini Saatlının keçmiş, Sabirabadın isə hazırkı icra başçısı Siraqəddin Cabbarovla təhvil-təslim etsə də, hələ də başçı olduğu rayonda hökmü keçmir. Mənbəmiz deyir ki, N.İsmayılov aylardır ki, Sabirabad rayunuda sabiq deputat Mirzəcan Xəlilovun villasında qalır və hər səhər də işə Sabiarabddan gedir.

Daha bir maraqlı məqam odur ki, icra başçılarının yerinin dəyişdirilməsinmdən sonra elə Mirzəcan Xəlilovun yaxın qohumları Sabirabadda yüksək vəzifələrə təyin olunmağa başlayıblar. Sabiarabad şəhər İcra Nümayəndiliyinə də elə M.Xəlilovun yaxın qohumu rəhbər təyin edilib.

Saatlıdan verilən məlumata əsasən bu il ötən illərlə müqayisədə Saatlıda pambıq tədarükü üzrə də gözlənilən proqnoz nəticələr əldə edilməyə bilər. Rayondan verilən məlumata əsasən Nazim İsmayılovun bu qədər strateji sahəyə nəzarət etməməsi və ya edə bilməməsi sonuc olaraq göstəricilərə də təsir edir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfi də dinləməyə hazırıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.