“AAAF Park” ayağa qalxdı:“Qaz yox, işıq yox… donuruq” – Video

6-12-2019, 09:32           
“AAAF Park” ayağa qalxdı:“Qaz yox, işıq yox… donuruq” – Video
Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri hər qış qaz və işıq probleminə görə küçələrə axışır. Reportyor.info xəbər verir ki, son günlərdə evlərində soyuqdan donan və zülmətə qərq olan sakinlər təzədən aksiya keçiriblər.

Aksiya iştirakçıları axşam saatlarında Xırdalan küçələrində yürüş ediblər və “İstilik” şüarı ilə tələblərini irəli sürüblər. Onlar şirkəti günahlandırıblar və illərdir ki, kommunal problemlərin həll edilmədiyini bildiriblər.

“AAAF Park” isə müqavilə öhdəliyindən irəli gələrək ödənişlərin edilmədiyini bildirir və Xırdalanda yaranmış ümumi problemlərin üzərinə yıxır. Halbuki, hər qış bu şəhərciyin sakinləri qazsızlıq, işıqsızlıq zülmü çəkirlər. Sakinlər deyirlər ki, evlərində körpəsi, xəstəsi, qocası olanlar var və mənzilləri satan şirkəti heç nə narahat eləmir.

Yay aylarında da sakinlər xüsusən işıq problemi yaşayırlar. İlin-günün bu vaxtında, ölkədə sosial islahatlar, dəyişikliklər getdiyi zamanda vətəndaşların etiraza sürüklənməsi, onların işıq, qaz probleminin qulaqardı edilməsi birbaşa dövlət siyasətinin kursuna ziddir.

AAAF Park yaşayış kompleksinin sakinlərinin dərdi bitmir. Qaz məsələsi isə böyük bir problem olub, aylardır həll oluna bilmir.Kompleksə daxil olan yaşayış binalarının müştərilərə vəd olunan müddətdən xeyli gectikilərək, təhvil verilməsi ilə başlayan narazılıqlar sonradan başqa problemlərin ortaya çıxması ilə daha da böyüyüb.

Haqqında danışılan ərazidəki binalara qaz çəkilməməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması, xidmət tariflərinin müqavilədə nəzərdə tutulan miqdardan fərqlənməsi və başqa məsələlər “AAAF Park”ı media ilə sosialşəbəkələrinqınaqobyektinəçevirib.

Sakinlər işıq, qaz və su ya smartkart sayğacların quraşdırılması üçün nə az, nə çox 798 mana tödəməlidir. Hər mənzildən təqribən 800 manat tələb olunması şirkətlə vətəndaşları üzbəüz qoyub.Şirkətin mövqeyini dərcetməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.