48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputatlığa namizəd İlham Məmmədov seçki marafonunu bağlayıb.

26-01-2020, 00:09           
48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputatlığa namizəd İlham Məmmədov seçki marafonunu bağlayıb.
Seçiciləri ilə görüşdən imtina edən millət vəkili özünü elə aparır ki, sanki seçki qutusunun üstündə oturub

Bunu deputatın qohumları da açıq aşkar elan edirlər. İlham Məmmədovun qohumları hamıya bildirir ki, seçki-filan boş şeydir. İlham Məmmədov deputatdır və bunu dəyişmək belə imkansızdır.

48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputatlığa namizəd İlham Məmmədovla bağlı verilən məlumata görə, İlham Məmmədov seçiciləri ilə görüşməyib. Vaxtının çoxunu eyş-işrət məclislərində keçirən namizəd demək olar ki, Yevlaxa ayağını da qoymur. İlham Məmmədov özünü elə aparır ki, güya onun seçki adlı problemi yoxdur. Namizədə yaxın şəxslər isə Yevlax şəhərinin müxtəlif çayxanalarında və küçələrində açıq aydın İlham Məmmədovun deputat olacağını deyirlər. Namizədin qohumları bildirirlər ki, hər şey əvvəldən aydındır. Yevlaxda seçki bitib və İlham Məmmədovun deputatlığı yüz faiz öz həllini tapıb.

Mənbə qeyd edir ki, YAP-ın namizədi özünü "seçki kompaniyasını” Yevlaxdan yox, "məclislərdən" aparır. Yevlaxda hər bir vətəndaş yaxşı bilir ki, İlham Məmmədov kimə arxayındır. Rayon sakilərinin iddiasına görə, İlham Məmmədov Yevlaxın keçmiş icra başçısı, hal-hazırda həbsdə olan Qoca Səmədova da meydan oxuyurdu. Hər yerdə Qoca Səmədova saymamazlıq nümayiş etdirirdi. anamizədin Gəncədə və Yevlaxda keçirdiyi kef məclislərinin hamısında Qoca Səmədovun əleyhinə çıxışlar edirdi.

Mənbə bildirir ki, İlham Məmmədovun qohumları Yevlaxda deyirlər ki, istər xalq seçkiyə gəlsin, istər gəlməsin, bu heç nəyi dəyişməz. Çünki bütün halldarda İlham Məmmədov deputat olacaq.

Bildirək ki, Milli Məclisin deputatı İlham Məmmədovun Yevlax camaatı arasında o qədərdə nüfuzu yoxdur. Çünki millət vəkili olduğu illərdə İlham Məmmədov rayon sakinlərinin işinə heç bir halda yaramayıb, bunun müqabilində isə, yaxınlarına böyük biznes qurub. Hazırda İlham Məmmədovun ən yaxın adamları onun Gəncə şəhərindəki obyektlərini idarə edirlər.

Bundan başqa deputat Yevlax rayon icra hakimiyyətinin balansında olan dövlətin fonduna aid olan 300 hektar torpaq sahəsini 99 illik müqavilə əsasında özünüküləşdirib və həmin ərazilərdə böyük heyvandarlıq təsərrüfatı yaradıb.

Mənbəmiz onu qeyd edir ki, İlham Məmmədovun "təşviqat kompaniyasında” işirak edən şəxslərin qonaqlıqlarının maliyyəsinin böyük bir hissəsini Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov ödəyir. İdarə müdirinin İlham Məmmədovla yaxın münasibətinin olduğu və Gəncə şəhərindəki obyektlərdə tez tez görüşdükləri deyilir. Hətta İlham Məmmədovun Yevlax rayonundakı torpaq sahələrində işləyən texnikaların İlyas Səfərəova aid olduğu bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

mənbə:/xeberfakt.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.