Araz Supermarketlər şəbəkəsi bacarmadığı işin altından çıxa bilmədi- Qurbanlıqlar sifariş edənlər gözləyərək qaldılar İTTİHAM

2-08-2020, 00:50           
Araz Supermarketlər şəbəkəsi bacarmadığı işin altından çıxa bilmədi-
Teref.az yazır ki, Qurban Bayramında Araz Supermarketlər şəbəkəsinin vətəndaşları uğratdığı xəyal qırıqlıqlarından əvvəldə yazmışdıq.
Daha bir vətəndaşın, Vahid Məsimovun şikayətidə eyni məzmundadır. Sosial şəbəkələrdə şikayətini bölüşən Araz Supermarketinin müştərisi Vahid Məsimov yazır:

25 iyul tarixində Veysəloğlu MMC - Araz Supermarketin təklif etdiyi QURBANLIQ-dan almaq üçün qeyd edilən nömrə ilə əlaqə saxlayıb, Qurbanlığın 1 avqustda yaşadığım əraziyə yaxın filialda olmasını bildirdim. Ən azı 2 dəfə təkrar-təkar soruşdum ki, "Dəqiq 1 avqust səhər saatlarında gətirəcəksiniz?", arxayınlıqla "BƏLİ, 1 gün öncədən sizə məlumat verəcəyik ki, növbəti gün marketdə olasınız, həmçinin müştəri kodunuz ... " dedilər.

Nəticə...

Nəticə olaraq nə 1 gün öncədən (31 iyul) mənimlə əlaqə saxlayan oldu, nə də 1 avqustda. Dəfələrlə mobil nömrələri ilə əlaqə saxlamağa çalışdım, nəhayət... 1 avqust, Səhər 08:39-da "15:00-a qədər çatdırılma olacaq" dedilər. Hələ də bir xəbər yoxdur və əlaqə nömrələrinə zəng çatmır.

Hörmətli Veysəloğlu Şirkətlər Qrupu və Araz Supermarket məsul şəxsləri,

Qurban bayramı ən önəm verdiyim bayramlardan biridir. Bütün planlarımı, bayram təbriklərimi, ziyarətlərimi və s. məsələləri məhz sizin verdiyiniz saat və tarixə görə planlayıb, bütün günümü gözləməklə keçirmişəm.
Teref.az yazır ki, daha sonra Vahid Məsimov Araz Supermarketlər şəbəkəsinin məsul şxslərinə suallar verir:
Zəhmət olmasa, aşağıdakı suallara cavab verin:
1. Müştəri məmnuniyyəti sizin üçün önəmlidirmi?
2. Əgər önəmlidirsə, o zaman nə üçün çatdırılmanın gecikdirilməsi və ya olmaması barədə məlumat verilmir?
P.S. Qida sektoru bazarı olduqca rəqabət yönümlüdür. Hər zaman sizə üstünlük verən müştərinizi itirdiniz. Bacarmadığınız işlə məşğul olmamaq ən yaxşısıdır. Müştəri məmnuniyyətinin önəmini anlamayan bizneslər gec-tez çöküşə məhkumdur.
Teref.az olaraq bu sualları bizdə Araz Supermarketlər şəbəkəsinə ünvanlayaraq onlardan mövqelərini gözləyirik ki, sonra oxucularımızla bölüşək!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.