Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi - Nadir Qarayevlə Elman Piriyev arasında “soyuq savaş”

6-08-2020, 08:31           
 Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi -
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinin yaradılması artıq başa çatıb. Saytımıza daxil olan məlumata görə Dövlət Xəzinadarlıq Agentliyinin strukturlaşdırılması heç də bütün maraqlı tərəfləri razı salmayıb. Bəzi təsdiq olunmamış məlumatlara görə isə regional idarələrin rəislərinin təyinatı ilə bağlı ciddi narazılıqlar da meydana çıxıb. Ən çox narazı qalanlardan birinin isə 1 saylı Xəzinədarlıq İdarəsi rəisi Nadir Qarayev olduğu bildirilir. Qeyd edək ki, Nadir Qarayev həm Maliyyə Nazirliyində, həm də Dövlət Xəzinadarlıq Agentliyində iddialı fiqur kimi tanınır. Maliyyə Nazirinin müavini Azər Bayramovla yaxın münasibətlərdə olan Nadir Qarayev “Gədəbəy qruplaşması”nın tanınan simalarından biridir. Azər Bayramovun başında durduğu “Gədəbəy qruplaşması”sı isə Maliyyə Nazirliyində əsas güc mərkəzlərindən biri olaraq kadr siyasətində də rol oynayır. Lakin əldə etdiyimiz məlumatlara görə Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinə rəislərin təyinatı zamanı Nadir Qarayevin adamları qapı arxasında qalıb. Bu da Dövlət Xəzinadarlıq Agentliyinin rəisi Elman Piriyevin daha güclü mövqedə olmasını ortaya qoyub.

Nadir Qarayevlə Elman Piriyevin münasibətlərinin heç də yaxşı olmadığı barədə isə mətbuatda çoxdan yazılar getməkdədir. Bəzi iddalara görə isə Nadir Qarayevlə Elman Piriyevin arasındakı “soyuq müharibə” Azər Bayramovun da probleminə çevrilib. Çünki nazir müavini tez-tez sinif yoldaşı Elman Piriyevlə, yerlisi və qohumu Nadir Qarayev arasında seçim etmək məcburiyyətində qalır. Və belə görünür ki, son Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinə rəislərin təyinatı zamanı Elman Piriyevin mövqeyi daha ağırlıq təşkil edib.

Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin iddiasına əsasən Elman Piriyevin Azər Bayramovun yanında Nadir Qarayevdən daha təsirli gücə sahib olmasının səbəbi mətbuatda yayılan məlumatlardır. Belə ki, həmin məlumatların məhz Nadir Qarayev tərəfindən yazdırılması ilə bağlı iddialar mövcuddur.

Qeyd edək ki, saytımıza daxil olan məlumatda idda edilir ki, bir neçə ay bundan öncə ölkə mətbuatında Elman Piriyevin Dövlət Xəzinədarlıq Agentliyində xoşagəlməz mühit yaratması barədə yazı dərc edilib. Həmin məqalədə qeyd edilridi ki, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyev regional idarələrə öz yaxın adamlarını və kadrlarını yerləşdirməyə başlayıb. Bu məlumatın mətbuata Nadir Qarayevə yaxın olan və onun mətbuatla münasibətlərini tənzimləyən bir iş adamı tərəfindən ötürüldüyü qeyd olunur.

Məlumata görə Nadir Qarayev Elman Piriyevin regional idarələrə öz adamlarını yerləşdirməsi məlumatını dövriyəyə buraxmaqla, həm də nazir müavini Azər Bayramovuda hədəfə alıb. Çünki işin içində olan Nadir Qarayev yaxşı bilir ki, Elman Piriyevin Dövlət Xəzinadarlıq Agentliyinin direktörü təyin edilməsi birbaşa Azər Bayramovun istəyidir. Nazir müavini ilə Elman Piriyev sinif yoldaşı olmaqla yanaşı, həm də uzun illərin yaxın dostudurlar.

Nadir Qarayev yaxın ətrafı ilə söhbətdə “Azər Bayramovun Dövlət Xəzinadarlıq Agenytliyi direktoruluğu vəzifəsini illlər öncə ona söz verdiyini, hətta bu qurumun yaradılması ideyasınında ona məxsus olduğunu” iddia edir. Ancaq son anda Azər Bayramovun illərdən bəri ona verdiyi sözü tutmaması və Elman Piriyevi önə çəkməsi, 1 saylı Xəzinədarlıq İdarəsi rəisini ciddi şəkildə narazı salıb. (obyektiv.info)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.