Ekologiya postunun “ərəbzəngi” Babəki

17-10-2020, 00:04           
Ekologiya postunun “ərəbzəngi” Babəki
Redaksiyamıza daxil olan məlumata görə Bakı-Sumqayıt yolunda “Ekologiya postu”nda xidmət aparan Babək adlı yol polisi əməkdaşı sürücüləri cana doyurubdur. bu yaxınlarda isə o, vətəndaşı saxlayaraq, “sənin maşının rəngi niyə bu rəngdir” deyərək, 70 manat pul tələb edib. Aktualxeber.az-a daxil olan məlumata görə, həmin şəxs isə hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə könüllü qeydiyyatdadır və lazım olarsa, şərəflə döyüşlərə gedən şəxsdir. Buna baxmayaraq, Babək adlı polis vətəndaşdan 70 manat rüşvət tələb edib.
Həmin şəxs Babəklə olan danışıqlarını çəkib və videodanda göründüyü kimi, sonradan vətəndaş yol polisinə zəng edərək, “30 manat pul tapdım, başqa pulum yoxdur”. Babək isə cavabında ona deyib ki, mən Avtovağzal tərəfdə yerləşən “Qəbələ” restoranında yemək yeyirəm ora gətir ver. Deməli rüşvəti restoranda alıb. Məsələ ilə bağlı, eyni zamanda ümumiyyətlə son günlər ekologiya postundan olan çoxsaylı şikayətləri nəzərə alaraq daha geniş reportaj və araşdırma məqaləmizi bu yaxınlarda oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.