NATO-dan Rusiyaya çağırış: Son şansdan istifadə et!

15-07-2019, 08:12           
NATO-dan Rusiyaya çağırış: Son şansdan istifadə et!
ABŞ-ın çıxdığı Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi (İNF) razılaşmasının qorunmasına görə məsuliyyəti Rusiya daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“Bu gün Rusiyanı İNF-ni qorumaq üçün son şansdan istifadə etməyə çağırıram. Əks halda Rusiya müqavilə ilə bağlı təktərəfli məsuliyyət daşıyacaq ki, bu da dünyamızın daha az sabit məkana çevrilməsinə səbəb olacaq”, - deyə NATO rəhbəri bildirib.

Xatırladaq ki, ABŞ bir neçə ay öncə müqavilədən çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.