"Azərbaycan İrana nota verməlidir" - POLİTOLOQ

17-09-2019, 10:43           
"Azərbaycan İrana nota verməlidir" - POLİTOLOQ
"Azərbaycan Xarici İşlər Nazirliyi İranda keçirilən 51-ci Erməni olimpiadasında Qarabağın müstəqil dövlət kimi iştirak etməsinə icazə verməsinə heç bir rəsmi münasibət bildirmədi. Halbuki biz XİN-dən İrana qarşı nota verilməyini gözləyirik".

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, əgər belə bir yanaşma davam edəcəksə, Tehran rejimi sabah separatçıları Tehranda qəbul edəcək, onların nümayəndəliyini açacaq:

"İran rejimindən bu qədər çəkinmək olmaz. Biz Fransaya, Rusiyaya etiraz notası veririksə, niyə də İrana verilməsin. Göründüyü kimi, İran terroru dəstəkləyən və regionda deastiblizasiya xidmət edən ölkədir. İran məzhəb qurşağı yaradıb, inqilabını regionda yaymağa cəhd edir.

Hesab edirəm ki, Xarici İşlər Nazirliyi İran səfirini nazirliyə dəvət edib, izahat tələb etməli və nota verməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.