Rusiya ABŞ-ın ən yaxın müttəfiqinə S-400 satır

17-11-2019, 14:06           
Rusiya ABŞ-ın ən yaxın müttəfiqinə S-400 satır
Rusiya 2017-ci ildə S-400 zenit raket sistemlərinin tədarüküylə bağlı müqavilə imzalayıb, hazırda onun qüvvəyə minməsi şərtləri müzakirə edilir.

Axar.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova Dubay sərgisində çıxışı zamanı deyib.

“Səudiyyə Ərəbistanı ilə 2017-ci ildə S-400 raketlərinin tədarüküylə bağlı müqavilə imzalanıb. Hazırda biz tərəfdaşlarımızla bu müqavilənin qüvvəyə minməsi üçün ikitərəfli qəbul edilən şərtləri müzakirə edirik”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.