Ramzan Kadırov Artur Vanetsyana “qardaş” deyib ad günü münasibətilə təbrik etdi

9-12-2019, 11:12           
Ramzan Kadırov Artur Vanetsyana “qardaş” deyib ad günü münasibətilə təbrik etdi
Moderator.az Nevs am-a istinadən xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanı ad günü münasibətilə təbrik edib.

“Əziz dostlar! Bu gün QARDAŞIMIZ ( mətndə bu söz məhz iri həriflərlə yazılıb-red) Artur Vanetsyanın doğum günüdür. Gəncliyinə baxmayaraq, Artur Vanetsyan əla təhsil alıb və "General" hərbi rütbəsi alıb. Ardıcıl olaraq 2018-ci ildən rəhbərlik etdiyi Ermənistanın Milli Təhlükəsizlik Xidmətində yüksək vəzifələr tutub. Əminəm ki, Artur Vanetsyan Rusiya xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, möhkəm cansağlığı və uğurlar arzulayıram! "-Kadırov Vanetsyanla birgə fotosunu qoyaraq İnstagram-da belə yazıb.

P.S. Bilməliyik ki, düşmənə qələbə çalmaq Azərbaycanın öz işidir. Mifik “islam təəssübkeşliyi”ni təbliğ edənlərə bir daha bunu xatırlatmağı vacib bildik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.