7 YAP-çı deputata razılıq verilib, 4 BİTƏRƏF DEPUTATIN İSƏ DƏSTƏKLƏNMƏYƏCYİ TAM DƏQİQLƏŞİB

11-12-2019, 12:31           
7 YAP-çı deputata razılıq verilib, 4 BİTƏRƏF DEPUTATIN İSƏ DƏSTƏKLƏNMƏYƏCYİ TAM DƏQİQLƏŞİB
Hakim Yeni Azərbaycan Partiyasında (YAP), partiyanın İcra Katibliyində deputatlığa namizədlərin müəyyənləşdirilməsi ilə bağlı hələlik ciddi hərəkətlilik olmasa da, amma ilkin işartılar, nəticələr ortadadır. Ən azı çox tanınmış və nüfuzlu YAP-çı deputatlardan 7-sinə razılıq verilib, onlar növbəti dəfə seçkilərə gedirlər. Bu, birmənalıdır və dəqiqdir. Digərləri ilə də bağlı ən azı gələn həftənin sonlarına kimi qərar veriləcək. Bununla belə, xeyli sayda YAP-çı deputat kənarda qalacaq, onlar YAP-dakı-Gənclər Birliyindəki gənclərlə əvəzlənəcək.

Bu haqda Etikxeber.az-a adının çəkilməsini istəməyən məlumatlı və nüfuzlu YAP-çılardan biri məlumat verib.

O, eyni zamanda, YAP-ın dəstəklədiyi və xeyir-dua verdiyi bir çox bitərəf deputatın da kənarda qalacağını, yeniləri ilə əvəzlənəcəyini bildirib.

“Dəqiq olanı budur ki, artıq 4 nəfər bitərəf deputatla bağlı qərar verilib, onlar təkrar dəstəklənməyəcəklər. Eyni zamanda, üzdə olan və tanınan 3 bitərəf deputala bağlı ilkin razılıq verilib, onlar növbəti dəfə namizədliklərini verəcəklər və YAP-dan dəstək alacaqlar. Bütün hallarda gələn həftəni gözləmək, bir az da səbr lazımdır…”-deyə, məlumatlı mənbə bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.