Pentaqon “Javelin” raketləri ilə bağlı 75 milyon dollarlıq əlavə müqavilə imzlayıb

6-06-2020, 13:56           
Pentaqon “Javelin” raketləri ilə bağlı 75 milyon dollarlıq əlavə müqavilə imzlayıb
Pentaqon “Raytheon” və “Lockheed Martin” şirkətlərinin “Javelin” FGM-148 tank əleyhinə raket kompleksləri istehsal etmək üçün qurduğu şirkətlə əlavə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əlavə müqavilənin dəyəri 75 milyon ABŞ dollarıdır. Bu müqavilə əvvəllər imzalanmış 121.7 milyon dollarlıq müqaviləyə əlavə olunacaq.

Müqavilə üzrə işlərin 31 avqust 2023-cü ilədək başa çatdırılması planlaşdırılır.

“Javelin” ABŞ Ordusunun silahlanmasında yer alan M47 “Dragon” tank əleyhinə idarə olunan raket komplekslərini əvəz edəcək.

Qeyd edək ki, zirehləri 800 mm-ə qədər deşə bilən raketlər 2,5 kilometr mənzilə malikdir. Sistem bir çox ölkə tərəfindən istifadə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.