Rusiyada intihar etmiş keçmiş nəqliyyat nazirinin ailəsinə məxsus əmlakların dəyəri açıqlandı

8-07-2025, 09:59           
Rusiyada intihar etmiş keçmiş nəqliyyat nazirinin ailəsinə məxsus əmlakların dəyəri açıqlandı
Rusiyanın intihar etmiş keçmiş nəqliyyat naziri Roman Starovoytun ailəsinin əmlakının dəyəri təxminən 1 milyard rubl (təxminən 21,6 manat - red.) qiymətləndirilir.

Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Belə ki, Kurskda bir mənzil, Moskva və Sankt-Peterburqda isə iki mənzilin onun olduğu bildirilir. Üstəlik, onlardan birinin sahəsi 345 kvadratmetrdir.

Paytaxtın Myakinino rayonunda üçmərtəbəli evlə birlikdə 18 hektar torpaq sahəsi də keçmiş nazirin adı ilə əlaqələndirilib. Bu əmlak 260 milyon rubl (təxminən 5,6 milyon manat - red.) qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru