Rusiya və Türkiyə regionda baş verə biləcək hərbi toqquşmalara aid "kartlarını açdılar".

7-08-2020, 08:45           
Rusiya və Türkiyə regionda baş verə biləcək hərbi toqquşmalara aid "kartlarını açdılar".
Regionda gedən son proseslərdən və rəsmilərin sözlərindən anlaşılır ki, Rusiya və Türkiyə regionda baş verə biləcək hərbi toqquşmalara aid "kartlarını açdılar".
Ermənistanla Azərbaycan arasında müharibə Qarabağ ərazisi ilə məhdudlaşsa, Rusiya ya Türkiyə müharibədə ordu qüvvəlləri ilə bilavasitə iştirak etməyəcəklər. Tərəflərə siyasi-diplomatik dəstək və dolayısı(hərbi-texniki) yardımlar edəcəklər.
Ermənistan Naxçıvana təcavüz cəhdi etsə, Türkiyə hərbi əməliyatlara birbaşa qarışacaq.
Rusiya (hətta özəl hərbi kampaniyaların əliylə) Qarabağda ya sərhəd zonalarında hərbi əməliyatlarda ermənilərin tərəfində birbaşa iştirak etsə, Türkiyə öz ordu hissələri ilə Azərbaycana hərbi yardım edəcək.
Müharibənin mümkün ssenariləri əvvəl də bu cür təxmin olunurdu. Məqamın özəlliyi ondadır ki, Rusiya bu düzümdə güclənmiş Türkiyənin C.Qafqazda maraqlarını və "həlledici tərəfdar"(Rusiya XİN ifadəsi) olmasını tanıdı və "regionda sülhü qorumaq üçün Türkiyə ilə birgə səyləri əlaqələndirməyə hazırlığını ifadə etdi"(sitat RF prezidentinin mətbuat katibi Peskovun).
Adətən belə "yazılmamış razılaşmalar" regiona təsir gücünə görə həlledici dövlətlər arasında qaçılmaz müharibə vəziyəti ərəfəsində bağlanır. Məqsədlərdən biri, səmimi olaraq, müharibənin qarşısını almaqdırsa, digəri, baş verə biləcək müharibənin genişlənib, regionun aparıcı oyunçularını orbitinə almamasına xidmət edir.
Bu gün regionda konfiqurasiya belədir. Hadisələrin necə cərəyan edəcəyini demək çətindir. Aydın olanı, Türkiyə regionda Rusiyanın təsirini balanslaşdıran qüvvəyə dönməkdədir. Və bu bizə Qarabağda işğalçıyla (nisbətən) təkbətək döyüşməyə imkan yaradır.
Nazim Bayram
hərbi ekspert
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.