"Bazarstore"da satlılan "MorMor" Suları ilə Bağlı ŞOK İddialar: Natəmiz, Kimyəvi Maddələrlə Dolu Su Satılır?(İDDİA)

1-07-2025, 16:34           
"Bazarstore"da satlılan "MorMor" Suları ilə Bağlı ŞOK İddialar:
Məşhur MorMor sularının antisanitar şəraitdə, hətta çirkab suyu kimi istehsal olunaraq "MorMor" adı altında satılması barədə görüntülər və iddialar ictimaiyyətdə ikrah hissi yaradıb.

32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda bildirilir ki, bu suyun istehsal məkanı Gədəbəy rayonunun MorMor kəndində yerləşir və müəssisə Gədəbəy rayon icra hakimiyyətinin memarı Əlövsət Bayramova məxsusdur.

İddialarda həmçinin vurğulanır ki, sudakı kimyəvi maddələr narahatlıq doğurur. Şirkətin rəsmi saytında isə MorMor sularının birbaşa Gədəbəy rayonu MorMor kəndindən doldurulduğu qeyd olunur.

32gun.az olaraq əlavə edirik ki, bu su "Azərsun" holdinqinə məxsus "Bazarstore" mağazalar şəbəkəsində də geniş şəkildə satışda mövcuddur. Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparması gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru