Trampın nümayəndəsi Peskovu manipulyasiyada ittiham etdi

Bu gün, 16:38           
Trampın nümayəndəsi Peskovu manipulyasiyada ittiham etdi
"ABŞ və Ukraynanın sülh danışıqları aparması ilə bağlı Rusiyanın iddiaları əsassızdır".

Bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "X" sosial şəbəkə hesabında yazıb.

Bununla da o, Kremlin mətbuat katibi Dmitri Peskovun "danışıqların tempi Ukraynanın mövqeyindən və ABŞ vasitəçiliyinin effektivliyindən asılıdır" sözlərinə cavab verib: "Peskovun danışıqların vəziyyətinə dair son şərhləri "oruellsayağıdır".

Kelloq vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp müharibəni bitirməkdə irəliləyiş əldə etməkdə ardıcıl və qətiyyətlidir:

"Biz dərhal atəşkəsə və üçtərəfli danışıqlara keçməyə çağırırıq. Rusiya Ukraynadakı mülki obyektləri bombalayarkən vaxtı uzatmağı davam etdirə bilməz".

Qeyd edək ki, "oruellsayağı" sözünün mənası dövlət tərəfindən təbliğat məqsədilə informasiyadan aldadıcı və manipulyasiya məqsədilə istifadə edilməsi deməkdir və amerikalı yazıçı Corc Oruellin adından götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.