Fransada anomal istilərlə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub

1-07-2025, 16:48           
Fransada anomal istilərlə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub
Fransanın Milli Meteorologiya Xidməti paytaxt Parisdə və ölkənin 15 mərkəzi departamentində maksimum - qırmızı səviyyəli hava təhlükəsi elan edib.

Gazeta.ru-nun məlumatına görə, daha 68 regionda narıncı təhlükə səviyyəsi elan edilib.

Sinoptiklərin proqnozlarına görə, risk zonasında temperatur 38-41 dərəcə isti olacaq. İyunun 30-a keçən gecə müşahidə tarixində iyun ayının ən isti gecəsi olub - temperatur 28 dərəcədən aşağı düşməyib.

"Lancet" jurnalının araşdırmasına görə, Paris istiyə qarşı ən həssas Avropa paytaxtıdır. Hər il burada yüksək temperatur səbəbindən 400 nəfər həyatını itirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru