Bu il Azərbaycan 121 milyon dollar dəyərində qızıl ixrac edib

1-07-2025, 16:44           
Bu il Azərbaycan 121 milyon dollar dəyərində qızıl ixrac edib
Bu ilin yanvar-may aylarında Azərbaycan 121,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Təkcə mayda isə Azərbaycan 25,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 86,3 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru