XABAROVSK "PUTİN, İSTEFAYA!" DEYİR - Yekaterinburq həmrəylik göstərir

9-08-2020, 00:00           
XABAROVSK "PUTİN, İSTEFAYA!" DEYİR - Yekaterinburq həmrəylik göstərir
Xabarovsk sakinləri ardıcıl olaraq, beşinci şənbədir ki, tətil edirlər. Əhali bölgədə cərəyan edən proseslərə öz etirazını bildirmək və həbs olunmuş eks-qubernator Sergey Furqalı dəstəkləmək üçün küçələrə çıxır.

Bugünkü çoxminli yürüş sayca 5-ci şənbədir ki, arıdıcıl olaraq baş tutur.

«dvhab.ru» nəşrinin məlumatına görə, insanlar diyar hökumətinin Lenin meydanındakı binası qarşısında toplanıblar, sonra isə şəhərin mərkəzi küçələri ilə yürüşə başlayıblar. Etirazçılar plakatlar gəzdirərək, «Putin, istefaya!», «Bu, bizim seçimimizdir», «Azadlıq», «Xabarovskda ədalətli məhkəmə» şüraları səsləndiriblər.

Şahidlərin sözlərinə görə, tədbirdə on minlərlə insan iştirak edib. Şəhər meriyasında isə fərqli məlumatlar təqdim edirlər - orada bəyan ediblər ki, iştirakçıların sayı 2 mindən bir qədər artıqdır. Şəhər hakimiyyəti həm də bildirir ki, keçirilmiş tədbirlərin nəticəsinə görə, 100-dən artıq protokol tərtib olunub, 11 nəfər məhkəməyə cəlb edilib, 3,5 milyon raubl məbləğində cərimə yazılıb.

Ancaq bütün bunlar Xabarovsk sakinlərini qorxutmur, şəhərdə kütləvi etiraz tədirləri davam edir. Xabarovskla həmrəylik rəmzi olaraq, tədbirlər Rusiyanın digər şəhərlərində (Moskva, Sankt-Peterburq, Yekaterinburq və s.) də keçirilir.

Avqustun 8-də yayılmış başqa bir xəbərdə isə deyilir ki, Yekaterinburqda da Xabarovskla həmrəylik tədbiri keçirilib.

«Znak.com» nəşrinin xəbər vediyi kimi, 100 nəfərə yaxın Yekaterinburq sakini dram teatrın qarşısındakı meydana toplaşıb. Onlar «Mən/Biz Sergey Furqalıq», «Xabarovsk, biz səninləyik» şüarları səsləndiriblər. Polis tədbirə müdaxilə etməyib. Ekaterinburq sakinləri xeyli maraqlı şüar yazılmış bir plakat da gəzdiriblər: «Ayılın şəhərlər, Vətən təhlükədə!» («Prosıpaytes qoroda, s naşey Rodinoy beda!»).

Deyəsən, bu xına, o xınadan deyil - rəhmətlik Sabir demiş: «Bu ləinin işi qullabidir…»

Mirzə AĞ

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.