Sərvəti "göz çıxaran" başçı görəvdən alınır - İDDİA

23-09-2019, 10:45           
Sərvəti "göz çıxaran" başçı görəvdən alınır - İDDİA
Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq dia.az-a açıqlamasında bildirib ki, qərar yaxın günlərdə elan oluna bilər.

Qeyd edək ki, hazırda Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Arif Seyidov bu vəzifəyə 2006-cı ildə təyin olunub və o, vəzifəsində ən uzun müdətə qalan icra başçılarından hesab olunur.

Onu da bildirək ki, bir neçə gün əvvəl yerli KİV-də Arif Seyidovun heç də icra başçısı maaşı ilə təmin olunmayacaq bahalı həyat tərzini əks etdirən faktlar da açıqlanmışdı və görünəni odur ki, belə bir məsələnin ictimailəşməsi gərəkən qurumla üçün də siqnal rolunu oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru