Məşhur politolopqdan Yasamal İcra başçıları haqda rekviem.....

12-11-2019, 19:18           
Məşhur politolopqdan Yasamal İcra başçıları haqda rekviem.....
Teref.az yazır ki, məşhur politoloq və siyasi şərhçi Elxan Şahinoğlu keçmiş Yasamal və hal hazırda Suraxanı Rayon İcra başçısı təyin olunmuş Əziz Əzizov ilə bağlı maraqlı bir status paylaşıb. Statusu təqdim edirik:
Yasamalın icra hakimləri ilə bəxti gətirmir. Bundan əvvəlki icra hakimi mafia ilə əlbir idi, gecələr ağaclar kəsilir, bünövrə atırdılar. Rüşvətin mexanizmi bəlli idi. Tutaq ki, hansısa oliqarx nazirin yaxın qohumu hansısa ərazini göz-qaş edir. Ancaq həmin ərazidə ona mane olan ağaclar var. Bu halda o maneəni dəf etmək üçün icra hakimiyyətindəki tanışlarıyla sövdələşir və Ekologiya Nazirliyinin susqunluğu ilə həmin ağacları gizli şəkildə kəsməklə və yerindən qoparmaqla həll edirdi. Vətəndaşların etirazı heç nəyi həll etmirdi, özüm şəxsən şahidi olmuşam, Yasamalda ağac qətliamına və qanunsuz tikintiyə qarşı müqavimət hərəkatını təşkil etdim. Ancaq açıq deyim, gücüm çatmadı, sadəcə mafiyalardan birinin tikintisini yubada bildim, qalanları gec də olsa planlaşdırdıqları qanunsuzluqları həyata keçirdilər. Bu zaman Yasamal icra hakimiyyətinin başçısı vətəndaşların deyil, mafianın maraqlarını müdafiə etdi, çünki ortada milyonlarla rüşvət var idi.

Nəhayət icra hakimini dəyişdilər. Yeni icra hakimini təsadüfən küçədə gördüm, əsabələrini yararaq ona yaxınlaşıb dərdimizi anlatdım. Məndən yarımçıq qalan obyektin kimə məxsus olduğunu soruşdu. Kimə məxsusluğu şübhəmi ona bildirdim. Rəngi qaçdı, əsabələri ilə sağollaşıb getdi. İndi Yasamala növbəti icra hakimi təyin olunub. Doğrusu artıq ona deyəsi sözüm qalmayıb, çünki nə düz-əməlli ağaclar qalıb, nə boş ərazi...
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.