Kürdəmirdə "kiçik padşah"ların acgözlüyünün və tamahkarlığının nəticəsi

15-12-2019, 09:14           
Kürdəmirdə "kiçik padşah"ların acgözlüyünün və tamahkarlığının nəticəsi
Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib.
Bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləri Elim, Şirvan Adıgözəl oğulları (kəndin bələdiyyə sədrinin oğulları-red) və Hüseynov Sahib Sərdar oğlu arasında yaranıb.

Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Fakt araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.