"Ayaz Əsgərova qarşı qoşun göndərmək lazımdır..." - Deyəsən, bunların qorxusu Ramiz Mehdiyevdən imiş...

5-08-2020, 17:37           
"Ayaz Əsgərova qarşı qoşun göndərmək lazımdır..." - Deyəsən, bunların qorxusu Ramiz Mehdiyevdən imiş...
"Ayaz Əsgərova qarşı qoşun göndərmək lazımdır..."
DİA.AZ: - "Yardımlıda vəziyyət elə acınacaqlıdır ki, bu rayonun başçısına qarşı DTX-nin xüsusi əməliyyat qrupu azlıq edər, gərək ki qoşun göndərəsən". Bu sözlər DİA.AZ-a göndərilən müraciətdə yer alıb.

Müraciət müəllifi olan narazı Yardımlı sakinləri bildirir ki, təkcə koronavirus pandemiyası səbəbindən yox, elə əvvəlindən Yardımlı RİH başçısı Ayaz Əsgərovun qəbuluna düşmək müşkül olub. Dia.az-a bildirilənlər:

"Ayaz Əsgərov və xüsusən də onun müavinləri elə bir şərait yaradıblar ki, onlar üçün vətəndaş şikayəti əhəmiyyətli deyil. Özlərini o qədər arxayın hiss edirlər ki, hətta edilən şikayətləri belə rahatlıqla qulaqardına vururlar. Əvvəllər Prezident Administrasiyasına edilən şikayətlərə əgər xala xətrin qalmasın cavab verirdilərsə, indi bunu da etmirlər.

Deyəsən, bunların qorxusu Ramiz Mehdiyevdən imiş. Adamlar Administrasiyaya ünvanlanmış şikayətlərimizi ələ salırlar və açıq şəkildə deyirlər ki, onsuz da hara yazsanız, xeyri yoxdur, axırda üstümüzə qayıdacaq".

Narazı vətəndaşlar məsələ ilə əlaqədar dia.az vasitəsilə PA rəhbəri Samir Nuriyevə də müraciət ediblər: "Hörmətli Samir Nuriyev cənabları! ola bilsin ki, Sizin Yardımlının icra başçısı ilə bağlı hansısa fərqli fikirləriniz var. Amma bilin ki, bu adam üçün camaatın dərdi dərd deyil. Qapılardan polislə qovulmaqdan yorulmuşuq. Biz də istəyirik rahat yaşayaq və rayonumuzu bu yerdən olan, bu camaatın dilindən anlayan biri idarə etsin..."шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.