“Deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb” - Azərbaycanda daha bir ŞOK hadisə

17-09-2020, 15:57           
“Deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb” -
“Əfv Komissiyasının üzvü olan bir deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb”.

Azsiyasət.com xəbər verir ki, bu barədə deputat Elman Nəsirov parlamentdə məlumat verib. O qeyd edib ki, bu barədə ona siqnal daxil olub:

“Mən bilmirəm o hansı deputatın sürücüsüdür. Ancaq hər halda bu məsələ araşdırılmalıdır. Kimlərsə sürücülər vasitəsilə adının siyahıya salınmasına nail olur”.

Komitə sədri Zahid Oruc həmkarının fikrinə münasibət bildirib.

O qeyd edib ki, bu kifayət qədər ciddi ittihamdır:

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, bunu müəyyənləşdirmək lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.