“14 gündür küçələrdə qalmışıq, niyə bizə qarşı bu münasibəti sərgiləyirlər?”

13-12-2019, 09:22           
“14 gündür küçələrdə qalmışıq, niyə bizə qarşı bu münasibəti sərgiləyirlər?”
Ötən ay paytaxt Bakıda yağan güclü yağış nəticəsində Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun yaşadığı Mirzağa Əliyev küçəsi, bina 170 ünvanındakı mənzili yararsız vəziyyətə düşüb.

Bir neçə dəqiqə öncə Moderator.az-ın redaksiyasına zəng vuran Xalq artisti məmur özbaşınalığından şikayət edərək, 14 gündür ki, küçələrdə əsir-yesir qaldıqlarını bildirib:

“Sabah saat 10:00-da media nümayəndələrini yaşadığımız ünvana dəvət edirəm. Sakinlər narazıdır, bizi köçürmək istəyən sahibkar qadının əlində hər bir sərəncamı var, amma kimlərsə buna imkan vermir. Evimiz qəzalı vəziyyətə düşüb, işğı, qazı kəsiblər və biz də küçələrdə qalmışıq. Nə bizi özləri köçürürülər, nə də imkan vermirlər ki, binanı alan şirkət köçürsün. Əgər bizi köçürə bilmirlərsə, heç olmasa imkan versinlər binanı alan tikinti şirkəti bizi köçürsün. Ölkə başçısı həmişə məmurlara tapşırır ki, sahibkarları incitməyin, amma onlar buna məhəl qoymurlar. Sabah səhər sakinlərlə birlikdə toplaşıb əlaqədar qurumlara müraciət edəcəyik. İnanın ki, 14 gündür ki, küçələrdəyik, belə olmaz. Cənab Prezidentə demək istəyirəm ki, məmurlar burda alver edirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.