Bu ölkədə seks işçiləri ayağa qalxdı: "Buraxın işləyək..."

4-07-2020, 11:10           
Bu ölkədə seks işçiləri ayağa qalxdı:
Almaniyanın paytaxtı Berlində seks işçiləri hökumətin koronavirusa qarşı mübarizə tədbirlərinə etiraz ediblər.
Teleqraf.com xəbər verir ki, onlar fəaliyyətin məhdudlaşdırması səbəbiylə qazancsız qaldıqlarını əsas gətirərək paytaxtın mərkəzinə yığışıblar.

Parlamentin yuxarı palatası Bundesratın binası qarşısına toplaşan seks işçiləri "buraxın işləyək", "fahişəxanaları indi açın", "sənayimiz yer altına atılır" yazılan qırmızı çətir və plakatlar daşıyıblar.

Qeyd edək ki, Almaniyada seks işi qanunidir və hökumət tərəfindən tənzimlənir. Ancaq mart ayının ortalarından etibarən koronavirusla mübarizə çərçivəsində seks işləri qadağan edilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.