Sovet əsgərləri soyğunçu kimi təsvir edildi

25-09-2020, 22:22           
Sovet əsgərləri soyğunçu kimi təsvir edildi
Müxtəlif ölkələrin hərbçilərinin oyuncaq fiqurlarının hazırlanması ilə məşğul olan “D-Day Miniature Studio” şirkəti “Red Storm over Europe” adlı yeni seriyasında sovet əsgərlərini soyğunçu kimi təqdim edib.

Axar.az xəbər verir ki, seriya 1:35 masştabında 4 fiqurdan ibarətdir və “Sovet soyğunçuları, Avropa 1944-1946” sözləri yazılıb.

Avtomat və tüfənglərlə silahlanmış sover əsgərləri soyğunçuluq edərkən təsvir olunublar. Onlardan biri arabada rəsm əsərləri apararkən, digəri hərbi geyimin üstündən mülki geyim geyinərkən və əlində çemodan, digəri nəsə içən vəziyyətdə görüntüləniblər.

Qeyd edək ki, şirkət Birinci və İkinci Dünya müharibəsində iştirak edən alman, rumın, belçikalı, holland, şotland əsgərlərinin də fiqurlarını hazırlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.