Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü FOTO VİDEO

25-10-2020, 15:55           
Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü FOTO VİDEO
Əməkdar artist Mətanət İskəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Musavat.com bildirir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günündəcə ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər “Artistlik edib “İnstagram”da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən...!”, “Bir-iki manata görə nə şəhid bildin, nə də vətən” və sairə bu kimi şərhlər yazıblar.

Çoxlsaylı tənqidlərdən sonra adı çəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.

Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:
“Bu nə biabırçılıqdır?! Istanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.