ABŞ-dan Türkiyəyə inanılmaz təklif - Bu razılıq Rusiyanı ŞOKA SALACAQ

30-06-2020, 00:55           
ABŞ-dan Türkiyəyə inanılmaz təklif - Bu razılıq Rusiyanı ŞOKA SALACAQ
ABŞ Senatı 2021-ci il üçün nəzərdə tutulan Müdafiə büdcəsinə dair qanun layihəsinə əlavələr edib.

Redaktor.az xəbər verir ki, əlavələrə görə, ABŞ ordusuna Türkiyənin arsenalında olan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması üçün səlahiyyət verilib. Bildirilir ki, Türkiyə buna razılıq verərsə, Vaşinqton və Ankara arasında bütün gərginliklər aradan qalxacaq.

Mütəxəssislər hesab edir ki, razılıq baş tutarsa, ABŞ Türkiyəyə “F-35”lərin satılması üçün əngəlləri aradan qaldıracaq. Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400" alması ABŞ-da ciddi narazılıq yaradıb. ABŞ rəsmiləri hesab edir ki, "S-400"lər NATO sistemlərinə uyğun olmadığı üçün alyans üzvü tərəfindən istifadəsi qəbuledilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru